Şəkər xəstələri üçün milli brendli dərman istehsal olunub
Tarix: 18.10.2018 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Elnur Rəhimov: “Bitki tərkibli dərmanların doza və təsiredici maddələri icazə verilən həddədirsə, bu zaman müalicəvi effektliliyi də yüksəkdir”

Hər hansı xəstəliyi sağaltmaq baxımından bitki tərkibli dərmanların da bir çox üstünlükləri var. Əslində, bitki tərkibli dərmanlarla qaydasında müalicə almaq daha etibarlı və fəsadsız olur. Elə fitoterapevt Elnur Rəhimovla da bu mövzuda həmsöhbət olduq.

- Bitki tərkibli dərmanlarla müalicənin nə kimi üstünlükləri var?

- Bitki tərkibli dərmanların doza və təsiredici maddələri icazə verilən həddədirsə, bu zaman müalicəvi effektliliyi də yüksəkdir. Daha çox xroniki xəstəliklərin müalicəsində bitki tərkibli vasitələrdən-dərmanlardan istifadə edilir. Bəzi uzun müddət davam edən revmatoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri, şəkərli diabet, hormonal disfunksiyalar, sinir və damar xəstəliklərində müalicə seçimi az olduğuna görə köməkçi vasitələrə üstünlük verilir.

- Bildiyimizə görə bu günlərdə sizin “Diabennur” dərmanı istehsal olunub. Bu dərmanın əsas tərkibi nədən ibarətdir?

- “Diabennur” kapsulu bioloji aktiv qida əlavəsidir, əsas tərkib hissəsinə qaragilə meyvəsi, yarpağının ekstraktı, darçın qabığı, vərəmum (propolis), yaşıl çay və kəklikotu aiddir. Qeyd olunan bitkilər mədəaltı vəzinin funksiyasını yaxşılaşdıran və insulin hasilatını artıran aktiv maddələrdən ibarətdir.

-Dərman harada istehsal olunub?

- Tərkibini təklif etdiyim “Diabennur” kapsulu Türkiyədə uzun müddət tədqiqatı aparıldıqdan sonra Antalya şəhərində istehsal olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən müsbət rəy alaraq qaydalara uyğun şəkildə lisenziyası verilmişdir.

- Əsasən, hansı xəstələr bu dərmandan istifadə edə bilərlər?

- Dərmanın kapsulunu 2-ci tip Şəkərli Diabet, Metabolik sindrom (Piylənmə), Diabetə meyilli xəstələr, Postprandial Hiperqlikemiyalı (Yeməkdən sonra qanda şəkərin birdən-birə yüksəlməsi) şəxslər, İnsulin rezistentliyi olanlar birincili və köməkçi vasitə kimi istifadə edə bilərlər.

- Ümumiyyətlə, Azərbaycanda bitki tərkibli belə dərmanların hazırlanmasının nə kimi perspektivi var?

- Azərbaycanda kifayət qədər şəkərli diabet kimi bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən populyasiya az deyil və buna görə də belə təbii komponentlər əsasında hazırlanmış dərmanların və qida əlavələrinin olması təqdirəlayiqdir. Önəmli olan keyfiyyətin yüksək şəkildə olması və insanların sağlamlığına yan təsir yaratmamasıdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Yüksək balla Aİİ-ni seçən tələbə: “Sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə az vaxt ayırdım”
19.08.2019
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19.08.2019
“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info