“Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”
Tarix: 18.10.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri dini-tarixi abidələrə həsr olunub


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.
“Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr” mövzusuna həsr olunmuş növbəti diskussiyada Aİİ-nin kafedra müdiri fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov, Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, tarix elmləri doktoru Qafar Cəbiyev, Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, sənətsünaslıq üzrə elmlər doktoru memar Elçin Əliyev iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.
Abidələrin xalqın milli-mənəvi zənginliyini yaşadan tarixi miras olduğunu vurğulayan diskussiya iştirakçılarıÜmummili Lider Heydər Əliyevin hakimiyyəti dövründə dini-tarixi abidələrə diqqətin artırıldığını bildiriblər. Qeyd olunub ki, ölkəmizdə dini-tarixi abidələrin bərpası və inşası məhz bu dövrdə başlanıb.Ümummilli Lider tərəfindən başladılan bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirən tədqiqatçılar qısa zamankəsiyində bir çox məscid, ziyarətgah və məbədlərin təmir və ya inşa olunduğunu nəzərə çatdırıblar. Vurğulanıb ki, sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 2000-dən artıq məscid mövcuddur.
Diskussiyada işğal altında olan abidələrimizdən bəhs edilib. Məruzəçilər bu ərazilərdə məscidlərimizin dağıdılmış vəziyyətdə olduğunu bildirərək, ermənilərin buradakı Alban Apostol məbədlərin erməni-qriqorian kilsəsinin memarlıq üslubuna uyğunlaşdıraraq, tarixi saxtalaşdırmağa çalışdıqlarını deyiblər. Vurğulanıb ki, əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş bəzi tarixi mədəniyyət abidələrində təxirəsalınmaz təmir işləri aparılmalıdır. Münasibət bildirənlər bu məqsədlə daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadəsi, idarə olunması, öyrənilməsi sahəsində qabaqcıl və mütərəqqi təcrübənin tətbiqinin vacibliyini bildiriblər.
Diskussiya Azərbaycanda mövcud olan ən qədim Şamaxı Cümə Məscidi, İçərişəhər tarixi memarlıq abidələri, Atəşgah məbədi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qax rayonunda “Kürmük” məbədi haqqında müzakirələrlə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info