Təhsil müəssisələrində dövlət müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub
Tarix: 18.10.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Paytaxt məktəblərində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan konfrans, “dəyirmi masa”, mühazirə və bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. “Müstəqil Azərbaycan”, “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü", “Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz əbədidir!”, “Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu bildiriblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə əsaslı inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, oxuduqları mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə əlavə rəngarənglik qatıb. Həmçinin tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir
16.10.2019
Akif Əlizadə: AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır
16.10.2019
AMEA-nın magistraturasında tədrisin təşkili ilə bağlı ciddi nöqsanlar aşkarlanıb
16.10.2019
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info