Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
Tarix: 18.10.2018 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi oktyabrın 18-də Gürcüstana səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Fondun hazırladığı tədbirlər planı çərçivəsində təşkil olunan səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir. Səfər çərçivəsində KİV nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov park barədə jurnalistlərə məlumat verib. Azərbaycan mətbuatının nümayəndələri sonra Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının məzarlarını ziyarət ediblər. Qeyd edək ki, səfər çərçivəsində jurnalistlər Gürcüstan parlamentində, paytaxt Tbilisidə, eləcə də azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bir sıra görüşlər keçirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Eşitmə və nitq pozuntusu olanlar üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info