“Biz inanırıq ki, Azərbaycanı təmin edən həll yolu tapılacaq”
Tarix: 04.07.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


“Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə çalışır. Ümid edirik ki, Azərbaycan məsələnin öz mövqeyinə uyğun həllini tapacaq”.

Bu fikirləri Fransa Senatının üzvü, Ron-Alp regionundan senator Jan Besson bildirib. Ölkəsinin Azərbaycan üçün ən neytral olan mövqeni seçəcəyinə inandığını deyən senatorun sözlərinə görə, Fransa münaqişənin həlli istiqamətində əlindən gələni edəcək: «Biz inanırıq ki, Azərbaycanı təmin edən həll yolu tapılacaq. Azərbaycan öz maraqlarını və hüquqlarını təmin edəcək həll yoluna nail olacaq». Azərbaycanla Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan senator J. Besson əsasən energetika sektorunda əməkdaşlığın inkişafından razılığını ifadə edib: «Mən özüm keçən ilin sentyabr ayında Fransa nümayəndə heyəti ilə birgə Azərbaycana səfər etmişdim. Enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr oldu. Azərbaycan Prezidenti ilə görüşlər keçirdik. Bir çox sahələrdə əməkdaşlıq üçün perspektivlər var. Məsələn, turizm sahəsi bunlardan biridir. Eyni zamanda mədəniyyət sahəsində də əməkdaşlığın inkişafı üçün şərait mövcuddur». Senator Azərbaycana səfəri zamanı turizm sektorunda əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Onun təmsil olunduğu Ron-Alp regionunun qış turizmi və xizəkçilik sahəsində Fransanın aparıcı regionu olduğunu deyib: «Biz Azərbaycanda da bu turizm növünün inkişafı istiqamətində müəyyən proqramların olduğunu eşitdik. Dağ turizmi vacib və perspektiv sahədir. Biz bu sahədə əməkdaşlıq edə və öz təcrübəmizi bölüşə bilərik».




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info