Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyi qeyd olunub
Tarix: 19.10.2018 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Vaşinqtonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə soydaşlarımızla yanaşı, Vaşinqtonda yerləşən akademik qurumların və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri bütün iştirakçılarla bərabər Azərbaycanın dövlət himnini ifa ediblər. Sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq hamını dövlət müstəqilliyimiz günü münasibətilə təbrik edib.
Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək ölkəmizin dövlət müstəqilliyinin hər bir soydaşımız üçün qürur mənbəyi olduğunu, son 27 ildə böyük inkişaf yolu keçdiyini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasət nəticəsində dövlətçiliyimizin möhkəmləndiyini və Azərbaycanın dünya miqyasında nüfuzunun artdığını söyləyib. Yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlının ölkəmizin inkişafı üçün çalışdığını, milli amallar uğrunda bu səylərin daha da artırılmalı olduğunu qeyd edən səfir ABŞ-dakı Azərbaycan icmasını təbrik edərək icma quruculuğu işinə fəal töhfə verənlərə xüsusi təşəkkürünü bildirib. Daha sonra bayram tədbirində Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri tərəfindən şerlər oxunub, milli rəqslər nümayiş etdirilib və pianoda musiqilər səsləndirilib. Sonda qonaqlara milli mətbəximizin ləziz təamlarından və şirniyyatlarından ibarət ziyafət verilib. Qeyd edək ki, ABŞ Konqresinin bir neçə üzvü dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan tərəfinə təbrik ünvanlayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16.10.2019
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16.10.2019
XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16.10.2019
Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir
16.10.2019
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info