Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
Tarix: 19.10.2018 | Saat: 13:40:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədr müavini Hüseynalı Hüseynov Murmanskın “TV-21” telekanalının “Vovremya” (“Vaxtında”) verilişinin qonağı olub. O, təmsil etdiyi təşkilatın fəaliyyəti barədə danışıb.
“Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi məlumata görə, Hüseynalı Hüseynov və “Sodrujestvo” Milli Mədəniyyətlər Mərkəzinin, həmçinin “Flueraş” Moldav Mədəniyyət Mərkəzinin sədri Oksana Mogilina RF Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynovun rəhbərliyi ilə “Azərbaycan Mədəniyyət Mərkəzinin” fəaliyyəti və bu təşkilat tərəfindən keçirilən mədəni-kütləvi tədbirlər, sərgilər, konsertlər, yaradıcılıq gecələri barədə məlumat veriblər.
Qeyd edilib ki, milli-mədəni birliklər regional hakimiyyət orqanları və yerli özünüidarə orqanları ilə sıx əməkdaşlıq edir, cəmiyyətdə millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş birgə işi əlaqələndirirlər.
Hüseynalı Hüseynov bildirib ki, Azərbaycan icmasının təşkilatı Murmansk vilayətinə köçüb gəlmiş həmvətənlərimizlə də iş aparır, onlara zəruri hüquqi yardım göstərir. H.Hüseynov deyib: “Biz həmvətənlərimizlə müvafiq söhbətlər aparır, bu insanların ehtiyaclarını öyrənir, onlara hüquqi yardım, maddi dəstək göstərir, işə düzəlmələrinə kömək edirik. Murmansk vilayətinə əsasən SSRİ-nin dağıldığı dövrdə köçüb gəlmiş insanlar bu gün artıq orduda xidmət edib, burada ailə qurub, Rusiyanın tamhüquqlu vətəndaşlarına, Murmansk sakinlərinə çevriliblər. Biz öz milli mədəniyyətimizi məmnuniyyətlə nümayiş etdirir, yerli əhalini, digər millətlərin nümayəndələrini bizim mədəniyyətlə tanış edirik. Təşkilatımızın nizamnaməsində nəzərdə tutulan hədəflərə və məqsədlərə uyğun olaraq fəal iş aparılır, bu da çoxmillətli Murmansk torpağında sülhün və dostluğun möhkəmlənməsinə kömək edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info