“Bir Pəncərə“ İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
Tarix: 19.10.2018 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "Azleqal Consalting" şirkətinin birgə təşkilatçılığı ilə "Xarici ticarət əməliyyatların hüquqi prosedurlar və müqavilələrin bağlanılması" mövzusunda seminar keçirilib.
Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, təlimin təşkilatçıları "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və "Azleqal Consalting" şirkətinin baş direktoru Şaiq Mirzəyev belə bir müzakirənin təşkil olunmasına səbəb Azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların xarici bazarlara ixracı zamanı tələb olunan hüquqi prosedurlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, xarici tərəfdaşlarla danışıq, qanunvericilik islahatları haqda ətraflı müzakirə aparmaq olduğunu deyiblər.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimdə çıxışı zamanı əlavə edib ki, ixracatçı sahibkarlara mütəmadi belə təlimlərin təşkil olunması ölkədə aparılan iqtisadi islahatlar zəncirinə töhfə verməkdən ibarətdir. Onun sözlərinə görə, bu müzakirə zamanı Azərbaycan ixracatçılarının hüquqi biliklərinin artırılması, xarici tərəfdaşlarla hüquqi müstəvidə danışıqların aparılması və ixrac müqavilələrinin hazırlanması üçün metodologiyanın izah olunması əsas götürülüb.
Seminar zamanı "Azleqal Consalting"in mütəxəssisləri bir neçə təqdimatdan sonra sahibkarları maraqlandıran suallara cavab verib.
Ödənişsiz qaydada təşkil olunan təlimdə fərqli istiqamətlər üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkar iştirak edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info