Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verilib
Tarix: 19.10.2018 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


19 oktyabr 2018-ci il tarixində Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (İAEE) təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi ilə “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusuna həsr olunan III Avrasiya Konfransı öz işinə başlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat və Energetika Nazirlikləri tərəfindən dəstəklənən, SOCAR, BP, “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC, SOCAR Türkiyə, Schneider Electric və AzEkoKonsaltinq şirkətləri tərəfindən maliyyələşdirilən konfransda ABŞ, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Sloveniya, Rumıniya, Pakistan, Qazaxıstan, Qırğızıstan və Çili kimi ölkələrin enerji sektorlarından olan müəssisələrin rəhbər nümayəndələri iştirak ediblər.
BANM-ın Ömür boyu təhsil fakültəsinin dekanı Könül Məhərrəmova konfransı açaraq qonaqları Ali Məktəbdə salamlayıb. O qonaqların diqqətinə çatdırıb ki, aparılan ardıcıl siyasət nəticəsində Azərbaycanın dünya enerji təchizatında verdiyi töhfə, regional enerji təhlükəsizliyində oynadığı rol onu bu gün ən möhtəşəm enerji layihələrinin qərar verildiyi və icra olunduğu məkan kimi tanınmasına səbəb olub. Daha sonra IAEE-nin növbəti prezidenti, “ENEDİS” şirkətinin İqtisadiyyat və Proqnozlaşdırma şöbəsinin direktoru Kristof Bonneri qonaqları salamlayaraq İAEE təşkilatının dünyanın enerji sektorunda olan rolundan, bu sahə üçün təqdim etdiyi informasiya, araşdırmalar, reallaşdırdığı müxtəlif ideyalar, profesional enerji mütəxəssislərinin və tələbələrin təhsili və inkişafına verdiyi töhfələrdən danışıb.
Konfransın açılış mərasimində həmçinin Energetika Nazirinin müavini Samir Vəliyev, İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın Strateji İnkişaf şöbəsinin rəisi Ramiz Əliyev, Azərbaycan Respublikası Energetika Nazirinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini, professor Nurəli Yusifbəyli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, İAEE-nin Regional məsələlər üzrə vitse prezidenti Vilayət Vəliyev çıxış ediblər.
Konfransda Avrasiya Məkanında Enerji Təhlükəsizliyinə Qlobal Çağırışlar: Tələb və Təklif Problemi; Enerji Bazarları və Tənzimləmə; Elektrik Enerjisi Təchizatının Dayanıqlığı; Avrasiyada Enerji Səmərəliliyi: Ənənəvi Enerji, Alternativ Enerji və İstilik Təchizatı; Neft və Qaz: İqtisadiyyat, İnnovasiyalar və Sənayenin İnkişafına dair məsələlər üzrə müzakirələrin aparılması nəzərədə tutulub.
İki gün davam edəcək konfransda İAEE nümayəndə heyəti ilə yanaşı, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Qazaxıstan Bərpa Olunan Enerji Assosiasiyası, Avropa Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyi, Gürcüstan Enerji və Su Təchizatı Məsələləri üzrə Tənzimləyici Komissiyası, “Gürcüstan Dövlət Elektrik Sistemləri” ASC, “ENEDİS” şirkəti, Rumıniya Elmlər Akademiyası, Rumıniyanın Atom Enerji Agentliyi, Beynəlxalq Yaşıl Texnologiyalar və Sərmayələr Mərkəzi və digər təşkilat və ölkələrdən gələn qonaqlar müxtəlif plenar iclaslarda məruzələrlə çıxış edəcəklər.
Tədbirdə həmçinin İAEE-nin rəhbər heyəti və üzvləri, eləcə də, dünyada və regionda energetika sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən paralel görüşlərdə Bakı Ali Neft Məktəbi və İAEE arasında gələcəkdə təhsil-tədqiqat sahəsində əməkdaşlığın güclənməsi, qurumların birgə beynəlxalq seminarlarının təşkil edilməsi, birgə mövzular üzrə tədqiqatların aparılması, habelə İAEE-nin regional nümayəndəliyinin yaradılması imkanları müzakirə edilmişdir.
Xatırladaq ki, 1977-ci ildə təsis edilmiş və əsas mərkəzi Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində yerləşən İAEE-nin hazırda dünyanın 100-dən çox ölkəsindən üzvləri vardır. İAEE-nin əsas fəaliyyəti istiqaməti elmi, tətbiqi və səmərəli cəhətlərin inteqrasiyası ideyası ilə enerji böhranlarının təsirlərinin öyrənilməsi və yeni həll yolların axtarılmasıdır. Qurumun 2.675 və 2.088 kimi yüksək impakt faktor göstəricilərinə malik “Enerji” (The Energy Journal) və “Enerji İqtisadiyatı və Ətraf Mühit Siyasəti” (Economics of Energy & Environmental Policy) adlı iki jurnalı nəşr olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir
24.08.2019
Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıb
23.08.2019
Abituriyentlərin nəzərinə
23.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
22.08.2019
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info