Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Tarix: 19.10.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Tbilisidə səfərdə olan KİV nümayəndələrinin və deputatların bir qrupu oktyabrın 18-də Gürcüstan parlamentində olub. Görüşdə Azərbaycan-Gürcüstan parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan media mənsublarının Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər.
Ə.Amaşov deyib ki, ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında parlamentlərin rolunu xüsusi vurğulayan Mətbuat Şurasının sədri beynəlxalq tədbirlərdə milli maraqlarımıza cavab verən taleyüklü məsələlərdə deputatlarımızın eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.
V.Səfərli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. Hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib. Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info