Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
Tarix: 19.10.2018 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən tikinti məqsədləri üçün torpaq sahələri yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq rəy verəcək, habelə tikintiyə icazə icraatı çərçivəsində tikiləcək obyektlərin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayacaq. Bu barədə AZƏRTAC-a komitənin aparat rəhbəri Anar Quliyev deyib.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı və digər şəhərlərin ərazisində ərazi planlaşdırılması sənədlərinin əvəzedicisi olan şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunacaq: “Göründüyü kimi, qanunvericilikdə aparılmış təkmilləşdirilmə ilə bağlı komitə tərəfindən hazırda məqsədyönlü tədbirlər həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli icra hakimiyyətlərinin bu sahədə fəaliyyəti araşdırılır, tələb olunduğu hallarda icrası məcburi olan “Göstəriş”lər verilir”. Komitə rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icra edilməsi məqsədilə qanunsuz tikintilərin sökülməsi səlahiyyəti olan Fövqəladə Hallar Nazirliyi, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu ilə də sıx əməkdaşlıq qurulub. A.Quliyev, həmçinin nəzarət tədbirlərinin gücləndirilməsi və qanunsuz tikintinin qarşısının alınması üçün komitə tərəfindən yeni qanunvericilik təşəbbüslərinin hazırlandığını diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info