Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
Tarix: 19.10.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında institutun veb-saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib. AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institut ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır: “Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. Portalımızın əsas şüarı Ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” kəlamıdır”.
Akademik deyib: “Tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Məncə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: bizim bir neçə - Paleolit, Neolit, Eneolit və Dəmir dövrümüz var. Yaşadığımız dövr isə informasiya texnologiyaları dövrüdür”.
Saytın idarəçisi Elnur Nəciyev çıxışında qeyd edib ki, Tarix İnstitutunun nəşrləri saytın “E-kitablar” bölməsində oxuculara təqdim olunub: “AMEA-nın digər institutlarından fərqli olaraq portalımızın “E-kitablar” bölməsindəki nəşrləri daha asan şəkildə axtarmaq mümkündür”.
Saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “E-kitablar”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir. 9 bölmədən ikisi - “Tarixçilər” və “Dövlətçilik tarixi” bölmələri yenidir.
Yaqub Mahmudov deyib: “Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. İnstitutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Portalımızın “Dövlətçilik tarixi” bölməsində “Soyqırımları tarixi”, “Repressiya tarixi” və “Deportasiya tarixi” adlı yarımbölmələr var”. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın zamanlarda portalın rus və ingilis dillərində olan versiyaları da ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Tarix İnstitutunun ilk saytı olan “tarix.gov.az” 2011-ci ildə yaradılıb. Saytın yeni versiyasında “tarix.gov.az”dan fərqli olaraq institutun Feysbuk səhifəsinə və Yutub kanalına keçid mümkündür.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Aİİ-də BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib
19.11.2018
Tələbələrimiz beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak ediblər
19.11.2018
Təhsil nazirinin yeni müavini kollektivə təqdim olunub
19.11.2018
Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək
17.11.2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info