Diplomatik qalmaqal
Tarix: 04.07.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Rusiyadan rəsmi səfərdən qayıdan Boliviya prezidenti Evo Moralesin uçduğu təyyarə bir sıra Avropa ölkələrinin hava məkanına daxil olmasına icazə verilmədiyinə görə Vyana beynəlxalq hava limanına məcburi eniş edib.

Boliviyanın hökumət dairələrinin məlumatına görə, buna səbəb kimi ABŞ-ın xüsusi xidmət orqanlarının keçmiş kəşfiyyatçısı, hazırda axtarışda olan Edvard Snoudenin həmin təyyarənin göyərtəsində olması ehtimalı göstərilib. Fransa, İspaniya və Portuqaliya təyyarənin həmin ölkələrin hava məkanına daxil olmasını gözlənilmədən qadağan ediblər.
Prezident E.Morales bütün gecəni Vyana aeroportunun VİP terminalında keçirib. Ölkənin Xarici İşlər Nazirliyi və Cənubi Amerika ölkələrini öz sıralarında birləşdirən Cənubi Amerika Xalqları İttifaqı bu hadisəyə kəskin reaksiya verərək bir ölkənin dövlət başçısına qarşı atılmış bu addıma görə Avropa ölkələrindən açıqlama verməsini tələb ediblər. “Heç nə bir ölkənin ən ali vəzifəli şəxsinə qarşı bu cür hərəkətə haqq qazandıra bilməz” - deyə Amerika Dövlətləri Təşkilatının baş katibi Xose Migel İnzulsa Cənubi Amerika ölkələrini vahid mövqe nümayiş etdirməyə çağırıb.
Fransa və Portuqaliya E.Moralesin olduğu təyyarənin ölkələrinin hava məkanına daxil olmasına icazə versələr də, İspaniya əks mövqe tutub. İspan tərəfi təyyarəyə baxış keçirildikdən sonra uçuşa icazə verəcəyini bildirib. Boliviya tərəfi prezidentin diplomatik immunitetə sahib olduğunu və təyyarənin eksterritorial ərazi olmasını əsas gətirərək, bu tələbi rədd edib. Avstriyanın daxili işlər naziri Boliviya prezidentinin Vyana hava limanına enməsi ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, Avstriya verdiyi qərarlarda müstəqildir və heç bir ölkədən çəkinmir. Gördüyünüz kimi, bir sıra ölkələr açıq-aşkar qayğı və qorxu içində olduğu halda, Avstriya öz hava məkanını nəinki bağlamayıb, hətta təyyarəyə eniş icazəsi də verib.
Boliviya hökuməti baş vermiş insidenti pisləyərək, bu barədə Birləşmiş Millətlər Təşkilatına şikayət etmək niyyətində olduğunu bildirib. Ölkənin vitse-prezidenti Alvaro Qarsiya ABŞ-ı Evo Moralesin uçuşuna əngəl olmaq barədə Avropa Birliyinə göstəriş verməkdə təqsirli bilir: “Təyyarənin bəzi Avropa ölkələri üzərindən uçuşuna qadağa qoyulmaqla, prezident Evo Moralesin həyatı təhlükə altına alınıb, Bu görülməmiş bir insidentdir heç müharibə vaxtlarında da belə şey baş vermir”. Bu arada Boliviyanın paytaxtı La Pasda, bir qrup sakin Avropa ölkələrinin prezident təyyarəsinin uçuşuna əngəl olmalarına qarşı nümayiş keçirib. Fransa səfirliyi önündə toplaşan etirazçılar Avropa Birliyi və Fransanın bayraqlarını yandırıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info