Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
Tarix: 19.10.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Samir Vəliyev: “Star” neft emalı zavodu uğurlu enerji əməkdaşlığının nümunəsidir”

Türkiyədə açılışı olan “Star” neft emalı zavodunun fəaliyyət istiqaməti və onun əhəmiyyəti ilə bağlı qonşu ölkənin mediasında çoxsaylı yazılar davam edir.

“Milliyet.com.tr” saytında “Son dəqiqə: Dünya bizdən danışacaq! "Star” neft emalı zavodu bu gün açılır ...” başlıqlı yazı dərc edilib. Qeyd edilir ki, Türkiyədə özəl sektorun eyni sahəyə qoyduğu ən böyük investisiya xüsusiyyəti daşıyan və sektorunda 20 fabriki əhatə edən "Star” neft emalı zavodu, Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qatıldığı mərasimlə xidmətə açılır. Gündə ortalama 10 min nəfərin 20 Eyfel Qülləsi quracağı qədər polad, kiçik bir qəsəbə quracaq qədər beton və Türkiyəni 4 dəfə dolaşacaq uzunluqda kabellə inşa etdiyi zavod, təxminən 6,3 milyard dollara başa gəlib.
Türkiyənin xarici ticarət kəsirini tək başına illik, ən azı, 1,5 milyard dollar azaltması nəzərdə tutulan “Star” neft emalı zavodu 7 illik istehsal prosesinin ardından açılır. Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR-ın Türkiyə sərmayələri içində əhəmiyyətli paya malik zavodun açılışı iki ölkə liderinin iştirakı ilə təqdim edilir. İzmirin Aliağa qəsəbəsində PETKİM kampusu ilə yanaşı, 2011-ci ildə tikintisinə başlayan emal zavodu, 20 istehsal obyekti ilə 2 min 860 hektardan çox ərazini tutur. İllik 10 milyon ton xam neft emal etməyə imkan verən müəssisənin quruluşunda 17 milyon kubmetrlik qazıntı işinin aparıldığı zavoda 250 min ton polad istifadə edilib.
“Dunya.com” saytında “Nəhəng investisiya “Star” neft emalı zavodu” açılır” adlı məqalə dərc edilib. Göstərilir ki, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın iştirakı ilə SOCAR Türkiyə tərəfindən inşa edilən “Star” neft emalı zavodunun açılış mərasimi iki ölkə liderinin qatıldığı İzmirin Aliağa qəsəbəsində reallaşır. Açılış mərasiminə ölkə başçısı ilə yanaşı, Azərbaycanın hökumət nümayəndələri, müxtəlif enerji şirkətlərinin rəhbərləri də qatılacaq.
Burada, həmçinin vurğulanır ki, “Star” neft emalı zavodu son illərdə Avropanın Yaxın Şərq və Şimali Afrika bölgəsində reallaşan ən böyük neft əməliyyatlarından biridir. Zavod, Türkiyədəki ilk "Strateji investisiya Təşviq Sənədi"nə sahib layihə olma xüsusiyyəti də daşıyır.

“Aksam.com.tr” saytında “ Azərbaycan energetika nazirinin müavini Samir Vəliyev: “Star” neft emalı zavodu uğurlu enerji əməkdaşlığının nümunəsidir” başlıqlı yazı dərc edilib.
Yazıda qeyd edilir ki, Azərbaycan energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan Dövlət Neft Şirkəti -SOCAR-ın iştirakı ilə SOCAR Türkiyə tərəfindən İzmirin Aliağa qəsəbəsində inşa edilən və açılışı reallaşdırılan “Star” neft emalı zavodu Azərbaycan və Türkiyə arasında uğurlu bir enerji əməkdaşlığının nümunəsi olduğunu deyib: “Star” neft emalı zavodu iqtisadi sabitliyi təmin edən və digər ölkələrlə əməkdaşlığı genişləndirən bir layihədir”.
O qeyd edib ki, hər il 10 milyon ton xam neft emal etmək imkanına malik olan “Star” neft emalı zavodu hər iki ölkənin iqtisadiyyatına fayda gətirəcək.
Energetika İqtisadiyyatı Assosiasiyasının prezidenti prof. Dr. Gürkan Kumbaroğlu da “Star” neft emalı zavodunun Türkiyə-Azərbaycan iş birliyinin ən əhəmiyyətli həlqələrindən biri olduğunu qeyd edib: “Türkiyə Bolqarıstan, Yunanıstan və İtaliyadan dizel yanacağı idxal edirdi. Mənbə Şərqdən Avropaya gedirdi, oradan da bizə dizel yanacağı gəlirdi. Bu, qəbul edilə biləcək bir vəziyyət deyildi. Bu zavod, dizeldə mühüm rol oynayacaq. Beləliklə, çox ciddi azalma müşahidə olunacaq. Əlavə dəyəri yüksək məhsullar halında dünya bazarlarına təqdim ediləcək. Bu, Türkiyə-Azərbaycan birliyinin verdiyi bir gücdür. “Star” neft emalı zavodu gücümüzə güc qatacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info