Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
Tarix: 20.10.2018 | Saat: 01:11:00 | E-mail | Çapa göndər



Rusiya Federasiyasının Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində əfsanəvi sahə müvəkkili Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək.

AZƏRTAC Udmurtiya Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, bu təşəbbüsü abidələrin mühafizəsi üzrə komissiyanın iclasında polis polkovniki Dmitri Qriqoryev irəli sürüb. Memorial lövhənin şəhərin Petrov küçəsi 4 ünvanında yerləşən polis şöbəsinin binasında qoyulması nəzərdə tutulub. Açılış mərasimi isə noyabr ayında keçiriləcək.
Tofiq Kərimov 1951-ci ildə Azərbaycanın Cəlilabad rayonunun Bozayran kəndində anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Udmurtiyaya gəlib və 36 il milisdə işləyib. O, İjevskin Ustinov rayon daxili işlər şöbəsinin sahə müvəkkili olub və podpolkovnik rütbəsinədək yüksəlib.
Fenomenal yaddaşa malik olan Tofiq Kərimov xidmət etdiyi rayon sakinlərinin bir neçə nəslini tanıyıb. O, Udmurtiyanın Əməkdar jurnalisti və Rusiya Yazıçılar İttifaqının üzvü olub. 2010-cu ildə təqaüdə çıxan T.Kərimov uzun sürən xəstəlikdən sonra 2013-cü ildə vəfat edib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Səhiyyə Nazirliyi: Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb
17.01.2019
Mübariz Qurbanlı din sahəsində görülən işlərdən danışdı - qanunsuz əməllərə görə 33 protokol tərtib edilib
17.01.2019
İşəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirilib
17.01.2019
“Azərbaycanda din sahəsində stabil mühit mövcuddur”
17.01.2019
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info