Şabranda 9 min hektar suvarılmayan sahəyə ilk dəfə su ilə təmin olunub
Tarix: 20.10.2018 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Şabran rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlərin 50 faizi yekunlaşıb. Meliorasiya tədbirləri, ümumilikdə, 32 min hektar sahəni əhatə edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində son iki il ərzində Şabran rayonunda 9 min hektar sahsuvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Layihəyə əsasən, ilk dəfə suvarılacaq torpaqların ümumi sahəsi 14 min hektara çatdırılacaq. Bununla yanaşı, görülən işlər nəticəsində 18 min hektar mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması da mümkün olacaq.
İş icraçısı Xanlar Hətəmov bildirib ki, suvarılmayan sahələrin ilk dəfə su ilə təmin olunması üçün tutumu 1 milyon kubmetr olacaq süni gölün inşası sürətlə davam etdirilir. Rayonun Dəvəçikənd ərazisində yaradılan göl Vəlvələ-Taxtakörpü kanalından götürülən su hesabına doldurulacaq. Süni gölün tikintisinə 2016-cı ildə başlanılıb. Bu müddətdə 175 kilometr su xətti çəkilib, 290 kilometr kollektor-drenaj şəbəkəsi qurulub.
Rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün göldə toplanan su əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, torpaqların suvarılması üçün Taxtakörpü su anbarından diametri 1800 millimetr olan borularla yeni su xətti də çəkilir.
Layihənin icrasının 2019-cu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Rayonda yeni istifadəyə veriləcək suvarılan torpaqlarda taxıl və yem bitkilərinin əkilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info