ƏƏSMN yanında İctimai Şuranın işçi qrupunun yığıncağı keçirilib
Tarix: 22.10.2018 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun üzvlərinin nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, işçi qrupla əlaqələndirici Elnur Süleymanovla görüşü keçirilib. Görüşü İctimai Şuranın sədri Umud Mirzəyev açaraq, nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında qurulmuş səmərəli əməkdaşlıq əlaqələri və xüsusən də bu görüşün əhəmiyyətini qeyd edib. Nazirlik rəsmisi öz çıxışında qeyri- rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq, təhlillərin və maarifləndirmə işləri apararaq yeni iqtisadi və demoqrafik vəziyyətə uyğun olaraq əmək bazarında sabitliyin təmin edilməsi, özünüməşğulluq proqramının aktiv əmək proqramı olaraq, işsiz və işaxtaran şəxslərin fərdı ailə təsərrüfatlarını və gəlirgətirən sahələrini formalaşdırdığını bildirib. Özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi əhəmiyyətliliyi eləcə də aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmaları, onların gəlirlərini artırmaqla dövlət sosial yardım proqramından asılılığının aradan qalxması və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratdığı qeyd olunub.
İctimai Şuranın üzvü, işçi qrupun koordinatoru Zaur Quliyev işçi qrupun Fəaliyyət planını təqdim edərək, nəzərdə tutulan fəaliyyətləri diqqətə çatdırmış, qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyətlərin davam etdirilməsinin zəruliyini qeyd edib. Bununla yanaşı , ƏƏSM nazirliyi yanında İctimai Şura və işçi qrupunun şəffaflığın təmin olunması məqsədilə özünü məşğulluq proqramının icrası prossesində ictimai nəzarətin həyata keçirilməsi, seçim prossesinin, maddi-məişət şəraitinin qiymətləndirilməsi, təlimlərin keçirilməsi, biznes planların müdafiəsi, mal və materialların təqdim edilməsi, verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə olunması , proqramın dayanıqlığının monitorinqinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info