Turizm bölgələrində yaşayan ailələrə xüsusi status veriləcək
Tarix: 04.07.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Turizm bölgələrində yaşayan ailələr arasında yeni xüsusi statusun verilməsi ilə bağlı seçim aparılacaq. Milli Məclisdən verilən məlumata görə, bu, Azərbaycanda yeni hazırlanacaq “Akkreditə olunmuş ailələr haqqında” qanun layihəsində təsbit olunacaq.
Qanunun hazırlanmasında məqsəd Azərbaycanın turizm sahəsinin inkişafının artırılması üçün ölkəyə gələn turistlərin seçilmiş yerli ailələrdə yerləşdirilməsi və Azərbaycana gələn turistləri hotel şəraitindən daha çox yerli Azərbaycan həyat tərzi ilə tanış etməkdir. Bununla seçilmiş ailələrə dövlət xüsusi statuslar da verəcək. Bu cür statusun verilməsi ilə bağlı seçim zamanı ailələrin mənzil şəraiti, ailə sağlamlıq durumu, ailə üzvlərinin xarici dil bilmə qabiliyyəti və s. meyarlar əsas götürüləcək. Seçilmiş ailələr müəyyən vergilərdən azad olunacaq, eyni zamanda bir çox sosial güzəştlərə malik olacaqlar. Eyni zamanda ailələrdə yerləşən turistlərdən əldə olunan gəlirin müəyyən hissəsi həmin ailələrə ödənməklə dövlət büdcəsinə köçürüləcək. Bildirilir ki, qanun qüvvəyə mindiyi təqdirdə, hotel turizmi ilə müqayisədə xərclər turistlər üçün daha sərfəli və Azərbaycanın maraqlı yerlərinə daha çox turların təşkil olunması üçün daha maraqlı olacaq. Qanunun hazırlanmasında Türkiyə və ABŞ təcrübəsindən istifadə olunur. Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info