Uşaq ölümünün qarşısı dövlət səviyyəsində alınacaq
Tarix: 04.07.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun tətbiqinə hazırlıq işləri aparılır. Ölkənin baş pediatrı Nəsib Quliyevin verdiyi məlumata görə, hazırda Nazirlər Kabineti Səhiyyə Nazirliyi ilə birgə qanunun tətbiqinə başlanılması üçün əsasnamə və tələbnamələr hazırlayır.
“Lazımi sənədlər hazırlandıqdan sonra uşaqların icbari dispanserizasiyasına başlanılması üçün tələb olunan işlərin icrasına başlanılacaq. Bu qanunun tətbiqinə bu il ərzində start veriləcək. Buna qədər uşaq poliklinikalarında uşaqların icbari dispanserizasiyasının aparılması üçün lazımi şərait yaradılmalıdır. Bu qanunun qəbulu ona görə vacibdir ki, bütün uşaqların sağlamlığı qorunacaq, uşaqlarda olan xəstəliklər erkən vaxtdan müəyyənləşərək vaxtında müalicəsi aparılacaq. Əgər dispanserizasiyada təkcə uşaqların müayinəsi nəzərə alınsaydı, bunun elə də səmərəsi olmayacaqdı. Çünki icbari dispanserizasiya zamanı uşaqda hansısa xəstəlik aşkarlanarsa, valideyn məcburdur ki, onun müalicəsini öz hesabına aparsın. Bu zaman imkanı çatan valideyn bunu edəcək, maddi sıxıntısı olanlar isə yox. Amma müalicənin də icbari dispanserizasiyaya salınması uşaqların sağlamlığının dövlət tərəfindən qorunmasını özündə ehtiva etdi. Uşaqların icbari dispanserizasiyası onların sağlamlığının qorunması baxımından çox vacibdir. Ümumiyyətlə, erkən aşkarlanan bütün xəstəliklərin vaxtında müayinəsi müsbət nəticə verir. Bu qanun uşaqlar arasında ölüm həddini də azaldacaq. Dispanserizasiya imkan verəcək ki, hər bir uşaqda müşahidə olunan xəstəlik üzə çıxarılsın və vaxtında müalicəsinə başlanılsın. Bu qanunun ölkə prezidentinin tövsiyəsi ilə qəbulu bir daha göstərdi ki, “Uşaqlar bizim gələcəyimizdir” sözləri əbəs yerə işlənilməyib, dövlət öz gələcəyinin sağlamlığına qayğı göstərir”.
GÜNAY





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info