Avtobusda gizlədilən on min siqaret aşkara çıxarıldı
Tarix: 22.10.2018 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Gömrükçülər külli miqdarda siqaretin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.
Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı avtobus saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinə reaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb.
Nəticədə, sürücü oturacağının sol tərəfində olan elektrik qoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd “Manchester”, avtobusun salonunda olan havalandırma sistemindəki boşluqlarda isə 4000 ədəd “Kent Nanotek 2.0” markalı siqaretlər aşkar edilib.
Daha sonra avtobusun mühərrik hissəsi yoxlanılarkən, burada da gömrük nəzarətindən gizlədilmiş 3600 ədəd “Kent Nanotek 2.0”, avtobusun sağ hissəsində olan iki ədəd akkumulyatorun ətrafındakı boşluqlarda isə 600 ədəd “Forman” və 200 ədəd “Senator” markalı siqaretlər aşkar olunub.
Ümumilikdə, avtobusda 10.000 ədəd siqaret aşkara çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info