Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu ilə bağlı iclas keçirilib
Tarix: 22.10.2018 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


Oktyabrın 22-də “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukraynadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri də iştirak ediblər.
İclasa sədrlik edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbər və siravi heyətini 160 illik yubiley münasibəti ilə təbrik edib. Qocaman şirkətə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
İclasda 2018-ci ilin doqquz ayında TBNM üzrə yüklərin daşınması planının yerinə yetirilməsi müzakirə olunub, marşrut üzrə yüklərin daşınması zamanı xidmətlərin göstərilməsinə sərf edilən müddət təsdiqlənib.
Eyni zamanda, iclasda marşrut üzrə yüklərin çatdırılması müddəti ilə bağlı daşıyıcılar və operatorlar arasında qarşılıqlı məsuliyyətin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi də aparılıb. Tarif dərəcələri üzrə məlumatın Assosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtib olunaraq razılaşdırılıb.
İştirakçılar yeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Rumıniyanın “Grampet Group” və Qazaxıstanın “İstkomtrans” (Исткомтранс» ТОО) şirkətləri “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.
Bundan başqa, Gürcüstan dəniz limanları vasitəsilə daşınan Qazaxıstan taxıl yükünün zəmanətli həcmlərinə yenidən baxılıb.
Həmçinin, iclasda Konsorsium tərəfindən ümumi yığıncağın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin də aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info