Nyu-Yorkda Azərbaycanla bağlı bayram mərasimi keçirilib
Tarix: 22.10.2018 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Müstəqilliyimizin bərpasına həsr edilmiş bayram tədbiri keçirilib. Bu haqda Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva məlumat verib.
Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən hazırlanan bayram mərasimində soydaşlarımız fəal şəkildə iştirak ediblər. Tədbiri Assosiasiyanın prezidenti Ercan Yerdelenli, vitse-prezident Zəminə Mirhadıyeva, dünya, Avropa və ABŞ çempionu Elgün Xanoğlanlı açıblar.
Assosiasiyanın prezidenti Ercan Yerdelenli hər kəsi salamlayaraq tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.
Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva uzun illər Azərbaycan naminə gördüyü işlərdən qısa danışaraq Azərbaycanın Milli Müstəqillik Gününün bərpasının 27-ilinə vətəni Azərbaycanın yüksək idman qələbələri ilə çatdığını qürurla söyləyib.
İdmançı Elgün Xanoğlanlı ona verilən hədiyyələrin ən dəyərlisinin Azərbaycan bayrağı olduğu xüsusi qeyd edib. O, bu bayrağı həmişə dünyada ucaldacağını bildirib.
Bayram mərasimində azərbaycanlı müğənnilər mahnılar ifa ediblər. Həmçinin saz, qarmon, tar və gitara ifaçıları mərasimə xoş ahəng qatıblar. Bununla yanaşı “Mənim yolum” mərkəzinin balaca rəqqasları rəqs ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info