“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”
Tarix: 22.10.2018 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin noyabr-dekabr ayları ərzində respublikamızın 69 şəhər və rayonunun orta ümumtəhsil məktəblərində “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlərin təşkil edilməsi planlaşdırılıb.
Əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara yaranan və daim artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyllərin əmək bazarının tələblərinə uyğun formalaşdırılması xüsusi önəm kəsb edir. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda təşkil olunacaq tədbirlər də bu məqsədə yönəlib.
Peşəyönümü işinin təkmilləşdirilməsi, bu sahədə rayon (şəhər) Məşğulluq Mərkəzlərinin potensialının gücləndirilməsi, müvafiq sahədə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması işləri də davam etdirilir. Bu məqsədlə son günlərdə Göyçay Regional Peşə Tədris Mərkəzində rayon (şəhər) Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün ekspert və psixoloqların iştirak etdiyi 6 günlük təlimlərə başlanılıb. Təlimlər digər bölgələrdə də davam edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info