İnam Kərimov: SIAL Paris sərgisi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır
Tarix: 22.10.2018 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin nəticəsində aqrar sektor, aqrar sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. SIAL Beynəlxalq ərzaq sərgisində iştirakımız bu inkişafın bariz nümunəsidir, eyni zamanda, Prezidentimizin həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. Azərbaycanın SIAL Beynəlxalq ərzaq sərgisinin açılışında iştirakı sevindirici haldır. Bu bir daha ölkəmizə olan marağı əks etdirir. Bunu SIAL Beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
Nazir qeyd edib ki, SIAL ən böyük beynəlxalq ərzaq sərgilərindən biridir. Azərbaycan şirkətləri sərgidə geniş tərkibdə təmsil olunurlar.

“Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz sərgidə iştirak edir. 300 çeşiddə məhsul nümayiş etdirən şirkətlərimizin məhsullarına elə ilk gündən böyük maraq göstərilməsi bizi çox sevindirir. Bəzi şirkətlərimiz hətta ilkin alıcılarını taparaq, müəyyən razılığa da gəliblər. Bu sərgi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır”, - deyə nazir qeyd edib.
İnam Kərimov əminliyini bildirib ki, sərgi çərçivəsində şirkətlərimiz potensial müştərilərlə müvafiq müqavilələr imzalayacaq. Bu isə gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalına dəstək, kənd təsərrüfatı sənayesinin inkişafına böyük töhfə verəcək. Nazir əmindir ki, bu gün Azərbaycan məhsullarına olan maraq, növbəti sərgidə iştirak edəcək şirkətlərimizin sayının daha da artmasına xidmət edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
21.08.2019
“Stadler“ yeni vaqonların gətiriləcəyi vaxtı açıqladı
21.08.2019
FED-in faiz endirimi ilə bağlı növbəti kritik açiqlama
21.08.2019
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21.08.2019
“Azeri Light”ın bir barreli 62,62 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info