Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək
Tarix: 22.10.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Global Karyera İnstitutunun təşkilatçılığı, Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin dəstəyi ilə ölkəmizdə “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək.
27 oktyabr 2018-ci ildə baş tutacaq konfrasın açılışında Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, San-Diego Dövlət Universitetinin professoru Pietera Fraser, Wollongong Universitetinin Prezidenti professor Mohammed Salam, Türkiyədə fəaliyyət göstrərən Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərkan Erkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və.s natiqlər mühazirə və təqdimatlar edəcəklər.
Odlar Yurdu Universitetində keçirilməsi nəzərdə tutulan konfransın əsas məqsədi ölkəmizdə və dünyada təhsil sektorunda baş verən yeniliklər, gələcəkdə təhsil sektorunda gözlənilən yeniliklər, müasir informasiya texnologiyalarının təhsildə tətbiqi, dünyanı gözləyən yeni strategiyalardır. Xaricdən konfransa qatılacaq olan qonaqlar ölkəmizdə fəaliyyət göstərən təhsil işçiləri ilə öz fikirlərini bölüşəcək, qarşılıqlı olaraq təcrübənin tətbiqi və öyrənilməsinə dair fikir mübadiləsi edəcəklər. Konfrans zamanı Azərbaycanda son illərdə aparılan uğurlu təhsil strategiyası və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunacaq.
27 oktyabrda baş tutacaq tədbirdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, QHT nümayəndələri, KİV təmsilçiləri və təhsilə marağı olanlar iştrak edəcəklər. Konfrans iştrakçılarına sonda beynəlxalq sertifkat veriləcək.
Konfrans ilə bağlı əlavə məlumat almaq və iştrak etmək arzusunda olanlar Qlobal Kariyera İnstitunun Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər: Əlaqə: (+994 50) 335 44 12

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Prezident Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
16.11.2018
Prezident Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
16.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
15.11.2018
Azərbaycanda paralimpiyaya yüksək dövlət qayğısı göstərilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info