“Avtovağzal” stansiyasında kondisioner sistemi quraşdırılacaq
Tarix: 04.07.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilədək 3 dəfə çoxalacaq. Bakı Metropoliteninin perspektiv inkişaf planına əsasən, yaxın 25 ildə stansiyaların sayının 68-ə, 2040-cı ilədək isə 70-ə çatdırılması planlaşdırılır.
Hazırda tikintisi yekunlaşmaq üzrə olan Bakı Metropoliteninin sayca 24-cü - “Avtovağzal” stansiyasının piramidaşəkilli çıxışının inşası başa çatıb. Digər keçidlərdə isə mərmər və qranit döşənib. Hazırda stansiyanın içəri hissəsində təmir işləri aparılır. “Avtovağzal” stansiyasının sütunsuz platformasının uzunluğu 144 metrdir. Burada ən müasir sistemlərlə təchiz olunan 7 vaqonlu qatarlar hərəkət edəcək. “Avtovağzal” stansiyasına ventilyasiya sistemindən əlavə kondisioner sistemi də quraşdırılacaq və bu, sərnişinlərin qışda soyuqdan, yayda isə istidən əziyyət çəkməsinin qarşısını alacaq. Bundan əlavə, fiziki imkanları məhdud insanların rahat hərəkət etməsi üçün Bakı Metropoliteninin hazırda tikintisi aparılan “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında ilk dəfə olaraq lift və travolatorlar da quraşdırılacaq.
“Avtovağzal” stansiyasına gediş uzunluğu 2 kilometr 200 metrlik keçid stansiyası olan “Memar Əcəmi-2” vasitəsilə həyata keçiriləcək. Stansiyada üzlük işləri başa çatdıqdan sonra 2014-cü ilin əvvəlində qatarların test hərəkəti başlayacaq. “Avtovağzal” və “Memar Əcəmi -2” stansiyalarının gələn il mayın ilk ongünlüyündə istifadəyə verilməsi planlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info