Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
Tarix: 22.10.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, ədəbiyyatı, tarixi, elm və təhsil sistemi ilə yaxından tanış olduğunu deyib. Diplomat səfirliyin kitabxana ilə birgə təşkil etdiyi elmi mühazirələr, kitab təqdimatları və sərgilərdən də söz açıb. Ötən il “Bakıda Macarıstan günləri”nin təşkili və uğurla həyata keçirilməsində MEK-in əsas tərəfdaşlardan biri kimi xüsüsi rolu olduğunu bildirib. “Biz qürür duyuruq ki, Mərkəzi Elmi Kitabxanada Macarıstanın kitab guşəsi var, burada böyük macar alimi, türkoloq G.Hazainin həyat və fəaliyyətinə dair, həmçinin Macarıstanın tarixi ilə bağlı kitablar mövcuddur”. Səfir çıxışında AMEA və MEK-in rəhbərliyinə, eləcə də kitabxananın işçi heyətinə birgə əməkdaşlığı dəstəklədiyi üçün təşəkkürünü bildirib. Daha sonra diplomat Macarıstan Prezidenti Janos Aderin qərarını səsləndirib. Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsinə, Macarıstan qarşısındakı xidmətlərinə görə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib. Səfir V.Szederkenyi mükafatı Leyla İmanovaya təqdim edib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova öz növbəsində mükafata görə minnətdarlığını bildirərək, bunu MEK kollektivinin fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Macarıstan və Azərbaycan arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıqla xarakterizə olunduğunu deyib. Akademik qarşlıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsində MEK-in fəaliyyətini yüksək qiymətləndirib. Sonda tədbir iştirakçıları Macarıstan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar. Məlumat üçün bildirək ki, MEK-in təşkilatçılığı ilə Macarıstanla bağlı, o cümlədən iki ölkənin əməkdaşlığına dair bir sıra işlər həyata keçirilib. 2015-ci ildən başlayaraq MEK-də “Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi, “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans, macar türkoloq alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılması mövzusunda təqdimat, “Bakıda Macarıstan günləri”nin açılış mərasimi, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin subtitrlərinin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq-alimlər Bəkir Çobanzadə və Georq Hazaiyə həsr olunmuş tədbir, yazıçı İştvan Seçeniyə həsr olunmuş tədbir keçirilib. Eyni zamanda MEK direktoru Leyla İmanova 2017-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində G.Hazainin ev-kitabxanasının açılışı mərasimində türkoloq alim G.Hazainin MEK tərəfindən rəqəmsallaşdırılmış və elektron kataloqa daxil edilmiş, “Milli Rəqəmsal Yaddaş” bazasında yerləşdirilmiş sənəd kolleksiyasının elektron variantını hədiyyə edib. Səfirliyin Azərbaycan dilinə tərcümə edilmiş və kiril qrafikası ilə çap olunmuş Macar ədəbiyyatının latın qrafikasında yenidən işlənməsi layihəsinə MEK tərəfindən biblioqrafik informasiya dəstəyi verilib. Hazırda MEK AzVikipediyada Macarıstan tarixi və mədəniyyətinə aid 100 məqalənin hazırlanıb yerləşdirilməsi layihəsi üzərində çalışır.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info