Kənd təsərrüfatı məqsədilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib
Tarix: 22.10.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Bu barədə komitədən açıqlama verilib. Tədbirdə çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, müasir çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirilib. Ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı, əmlak idarəçiliyində də müasir dövrün çağırışlarına uyğun olaraq cari ildə də innovativ layihələr reallaşdırılıb. Belə tədbirlərin icrası zamanı başlıca amil olan qanunçuluq prinsipinin qorunub saxlanması, insan faktorunun önə çəkilməsi, o cümlədən şəffaflığın artırılması, göstərilən xidmətlərin vətəndaşa daha yaxın olmasıdır. K.Həsənov vurğulayıb ki, əmlak idarəçiliyində beynəlxalq təcrübəyə əsaslanan, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq edildiyi bir çox iri layihələr icra olunur. Bu sahədə önəmli layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması uğurla davam etdirilir. Ölkədə torpaq inzibatçılığı və istifadəsi sahəsində daha optimal nəzarətin təmin edilməsi üçün Peyk nəzarət sistemi qurulur. Elektron çıxarış, Elektron hərrac, “Əks zəng”, “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Kadastr kalkulyatoru” kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə 1, 3 və 7 iş günü müddətinə endirilib. Komitə beynəlxalq layihələrdə də uğurla çıxış edir. Avropa İttifaqının TAIEX proqramı çərçivəsində komitənin təqdim etdiyi 4 layihə sözügedən təşkilatın keçirdiyi müsabiqəyə qəbul edilib. Artıq daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə yaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək. Bu tədbirlərlə yanaşı, vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün müasir təfəkkürlü kadrlar işə cəlb olunur, eləcə də könüllülərlə birgə iş prinsipi formalaşdırılır. Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı ilə dövlət torpaqlarının icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir. Bu isə torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaq. Kənd təsərrüfatı məqsədilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 800-ə yaxın inzibati protokol tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədar isə bu rəqəm 78-dir. Ümumilikdə isə, 25 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldə edilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə, aidiyyəti qurumlara elektron formada təhvil verilib. Hesabat dövrü ərzində 600 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1.2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb. Bildirilib ki, dövlət əmlakının səmərəli idarəedilməsi ilə bağlı Dünya Bankının tövsiyələri nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmçinin 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb. Cari ilin 9 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 160-dan artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Daha iki müəssisə üzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na cari ilin 9 ayı ərzində 650 minə yaxın baxış olub.
Ümumilikdə isə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxın müəssisə haqqında məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib. Eyni zamanda, yerli sahibkarların özəlləşdirmə prosesinə cəlb edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə bir neçə rayonda işgüzar forumlar keçirilib.
2018-ci ilin 9 ayı ərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyata alındığını söyləyən K.Həsənov qeyd edib ki, komitənin “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Göstərilən xidmətlərin birbaşa olaraq vətəndaşın ünvanına çatdırılması üçün komitənin müasir texnologiyalarla təchiz olunmuş yeni mobil ofisi fəaliyyətə başlayıb. Göstərilən elektron xidmətlərin sayı isə 39-a çatıb.
Məlumat verilib ki, 2018-ci ilin 9 ayında elektron və onlayn xidmətlər vasitəsilə 150 min müraciət daxil olub və cavablandırılıb. Bundan başqa, 193 saylı Vahid Çağrı Mərkəzi, komitənin sosial şəbəkələri və internet resurslarına da onlayn olaraq vətəndaşlar tərəfindən 11 mindən çox müraciət daxil olub və cavablandırılıb.
Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi barədə tapşırıqlarını verib.
Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir
19.11.2018
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması işlər başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info