Gənc Siyasətçilər Şəbəkəsi yaradılacaq
Tarix: 04.07.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Avropa ölkələrinin gənc fəallarının iştirakı ilə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi adlı forum keçirib.
Forumda Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrindən gənc fəallar iştirak edib.
Forumda çıxış edən AGAT sədri Gülsel Səfərova bildirib ki, məktəbin təşkil edilməsində məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır: “Forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Eyni zamanda məqsəd Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsinə yiyələnmək, siyasi elmin əsaslarını öyrənməkdən ibarətdir”. O qeyd edib ki, bütün mövzular çərçivəsində panellər təşkil olunacaq və aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək: “Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur”. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də məktəbin gənclərin maariflənməsi baxımından vacibliyini vurğulayıb: “Gənclərin müxtəlif təlimlərdə iştirak etməsi və maarifləndirilməsi Azərbaycanın inkişafına töhvə verəcək. Fransa hökumətinin əsas prioritet məqsədlərindən biri gənclərin maarifləndirilməsidir”. Qeyd edək ki, tədbir çərçivəsində siyasətçinin kommunikasiya bacarıqlarının artırılması, münaqişələr, siyasi partiyaların dövlət idarə edilməsində rolu və s. mövzularında panellər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info