“Azexport“ və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında memorandum imzalanıb
Tarix: 22.10.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı və Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) arasında anlaşma memorandumu imzalanıb. İİTKM-dən bildiriblər ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Ticarət Mərkəzləri Assosiasiyasının Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı İİTKM-in "Azexport" portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanla Hindistan arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z.Qardaşovun sözlərinə görə, TRASEKA və “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində ölkələrimiz sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin var. Dünya Ticarət Mərkəzləri Assosiasiyasının Hindistan nümayəndəliyinin vitse-prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib. Görüşdə, həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib. Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir. Hazırda WTCA 90 ölkədə fəaliyyət göstərən 287-dən çox lisenziyalı dünya ticarət mərkəzlərini, eləcə də 850,000-dən çox şirkət və fərdi üzvləri özündə birləşdirir.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info