İsa Qəmbər və Əli Kərimli funksionerlər vasitəsilə bir-birilərini “urvatdan” salırlar
Tarix: 04.07.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


AXCP-Müsavat didişməsi getdikcə güclənməkdədir. Tərəflər sosial şəbəkə və qəzetlərdə bir-birilərini sıradan çıxarmaqla məşğuldurlar. “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini, Rauf Arifoğlunun qardaşı Azər Ayxan sosial şəbəkələrdə yazdığı statusda AXCP lideri Əli Kərimlini müxtəlif məsələlərə görə sərt ittiham edib.

A.Ayxanın bu açıqlamasına qarşı tərəf eyni kəskinliklə cavab verib. AXCP sədrinin müavini Nurəddin Məmmədli də sosial şəbəkələrdə “Yeni Müsavat” qəzetinə qarşı şok ittiham səsləndirib: “Uzun İllər idi ki, AXCP funksionerləri “Yeni Müsavat” qəzetinə hər hansısa bir açıqlama verməkdən imtina edirdilər. Bizim partiya bu boykot qərarını aradan qaldırsa da mən onlarla razılaşmadım və bu qəzetə açıqlama verməkdən hər zaman imtina etmişəm”. N.Məmmədli “Yeni Müsavat” qəzetinin müstəqilliyini tam itirdiyini iddia edib. Beləliklə, tərəflər bütün sahələrdə, o cümlədən media müstəvisində də bir-birilərini “qurşaqdan aşağı” zərbələrlə “zərərsizləşdirməkdə” davam edirlər. Bu isə faktiki olaraq əzəli düşmənlər olan İsa Qəmbərlə Əli Kərimlinin daha açıq şəkildə bir-birilərinə nifrətini sərgiləməyə başladıqlarını büruzə verir. Hazırda formal olaraq “milli şura”da təmsil olunan tərəflər seçki yaxınlaşdıqca və seçkidən sonra qarşılıqlı ittihamları açıq təhqir səviyyəsinə endirəcəklər. Onların əvvəlki seçki “təcrübələrindən” bu qənaətə gəlmək olar.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info