Adnan Bulut: “Star” Avropanın ən müasir müəssisəsi olacaq”
Tarix: 22.10.2018 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Bu günlərdə açılışı olan “Star” neft emalı zavodu ilə bağlı Türkiyə mediasında dərc edilən yazılar davam edir. Zavodun açılışını geniş işıqlandıran KİV-lər onun ölkə üçün əhəmiyyətindən bəhs edirlər.

“Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi

“Aksam.com.tr” saytında dərc edilən “Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi” başlıqlı yazıda qeyd edilir ki, bu günlərdə İzmir Aliağada açılan “Star” neft emalı zavodu Türkiyənin rəsmi qəzetində dərc edilən qərarla ölkədə ilk özəl sənaye bölgəsi elan edilib. Beləliklə, qarşıdakı dövrdə şirkətin 2 milyard dollara çatacağı gözlənilən yeni investisiyaları sürətlə və bürokratik maneələr olmadan həyata keçiriləcək. Mövcud və yeni investisiyaların müddətləri və icazələri Sənaye və Texnologiya Nazirliyi tərəfindən təqib olunacaq.
Sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, "Star” neft emalı zavodunun dizel, jet yanacağı, nafta, LPG məhsulları, xarici ticarət kəsrini illik 1,5 milyard dollar azaldacaq.
“Yurtgazetesi.com.tr”də dərc edilən “Can Azərbaycan bu investisiya ilə Türkiyəyə can suyu verdi” başlıqlı yazı dərc edilib. Türkiyə və Azərbaycan münasibətlərindən bəhs edən müəllif Adnan Bulut “Star” neft emalı zavodunun açılışına da toxunub: “Qardaş Azərbaycan ilə münasibətlərdə gəldiyimiz nöqtəyə baxsaq, görərik ki, bu ölkə müstəqillik əldə etdikdən sonra keçən müddətdə bir çox sahələrdə inkişaf etdi, həm gəlirləri, həm də gücü artdı. Azərbaycan artıq dünya səhnəsinin önəmli bir aktoru oldu. Həm nefti, həm də təbii qazı var. Hamısından önəmlisi, inanan və uğura and içən bir xalq gücü var”. Bu günlərdə İzmirdə təşkil olunan açılış mərasiminin də diqqəti cəlb etdiyini deyən müəllif qeyd edir ki, burada ay-ulduzlu Azərbaycan və Türkiyənin iki bayrağı yan-yana dalğalanırdı. Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR-ın iştirakı ilə SOCAR Türkiyə tərəfindən inşa edilən “Star” neft emalı zavodunun açılışını Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev birlikdə həyata keçirdilər. Zavod hər il neft qiymətlərinə bağlı olmaqla birlikdə 6-8 milyard dollar bir ticarət həcmi yaradacaq. Türkiyədə ilk dəfə təmizləyici neft-kimya inteqrasiyasını quran obyekt Avropanın ən müasir müəssisəsi olacaq. Müəssisədə xam neftin səmt qazı əldə etmədən birbaşa yüksək əlavə dəyərli məhsullara çevriləcəyini, bu xüsusiyyəti ilə Avropada 3 zavoddan biri olduğunu qeyd edən müəllif göstərir ki, Türkiyə idxalda 40 faiz azalma ilə ildə 2 milyard dollar qazanc əldə edəcək: “Belə bir müəssisəni iqtisadi problemləri olan Türkiyənin təkbaşına qurması mümkün deyildi. Can Azərbaycan bu investisiya ilə Türkiyəyə can suyu verdi. Prezident İlham Əliyevin son dövrlərdə Türkiyəyə dair qiyməti olmayan dostluq əlini uzatmasını türk dünyası qətiyyən unutmayacaq”.
O da vurğulanır ki, Bakı-Tbilisi-Qars boru xətti illərdir fəaliyyətdədir və Dəmir İpək Yolu hazırda açılıb. Artıq Bakıdan Tbilisiyə və Qarsa uzanan bir dəmir yolu var. Asiya qitəsi Qars üzərindən dəmir yolu ilə Anadoluya bağlanır. Anadolunu dəmir yolu ilə başdan-başa keçərək Avropa və Afrikaya uzanır.
Digər layihəyə gəldikdə isə qeyd edilir ki, Trans Anadolu Təbii qaz xətti (TANAP) Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyır: “TANAP ölkəmizin təbii qaz ehtiyacının 12 faizini ödəyir. 1850 kilometrlik xətt Ardahan Posofdan ölkəmizə daxil olur, Edirne Keşanda başa çatır. Digər önəmli bir məlumat isə odur ki, iki qardaş ölkə ortaq bir peyk layihəsi üzərində çalışır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır
07.05.2019
Dava qrant davasıdır...
02.05.2019
İnkişaf müxalifətə sərf etmir...
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info