İsveçrədə referenduma qeyri-adi məsələ çıxarılacaq
Tarix: 23.10.2018 | Saat: 01:34:00 | E-mail | Çapa göndər



İsveçrə Konfederasiyasında birbaşa demokratiyanın təcəssümü olan ümumxalq səsverməsi geniş yayılıb. Bu ölkənin sakinləri istənilən mövzuda qərarlarını referendum yolu ilə qəbul etməkdən fəxr edirlər. Ölkədə hər rüb üzrə bir gün referendum təyin edilir və həll olunması üçün yetərincə imza toplamış məsələlər ümumxalq səsverməsinə çıxarılır.

Bu il noyabrın 25-də keçiriləcək referendumda səsverməyə çıxarılan məsələlərdən biri ölkə hüdudlarından da kənarda maraqla qarşılanıb. Belə ki, bir qrup təşəbbüsçü fermerlərə buynuzlu mal-qara saxlamağa görə dövlət tərəfindən subsidiya verilməsi təklifi ilə çıxış ediblər. Alp dağlarında fermerliklə məşğul olan Armin Kapaulun təşəbbüsü keçən il referenduma çıxarılmasa da, o, öz inadından əl çəkməyib.
İsveçrədə hər on inəkdən doqquzunun buynuzu yoxdur, çünki heyvanların buynuzu kəsildikdən sonra, lazerlə dağlanır. Sənayeləşmiş kənd təsərrüfatı dövründə bu üsulla heyvanların insanlar, həmçinin bir-birinə xətər yetirməsinin qarşısı alındığına görə, tövlələrin böyük olmasına ehtiyac qalmır.
Təşəbbüs qrupu heyvanların buynuzunun kəsilməsinin qadağan edilməsinə deyil, mal-qaranın buynuzunu olduğu kimi saxlayan fermerlərə dövlət tərəfindən hər il 30 milyon İsveçrə frankı subsidiya ayrılmasına çalışırlar. Onlar bu yolla fermerlərin gələcəkdə heyvanlara işgəncə vermədən onları təbii şəkildə bəsləyəcəklərini və canlıların təbiətin onlara bəxş etdiyi, eyni zamanda, mühüm funksiyalar daşıyan buynuzlarından məhrum edilməyəcəklərinə ümid edirlər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info