Bu gün UEFA Çempionlar Liqasında üçüncü tura start veriləcək
Tarix: 23.10.2018 | Saat: 09:12:00 | E-mail | Çapa göndər



Bu gün UEFA Çempionlar Liqasının üçüncü turuna 8 oyunla start veriləcək.

AZƏRTAC xəbər verir ki, “E” qrupunda Yunanıstanın AEK komandası doğma meydanda Almaniyanın “Bavariya” kollektivini qəbul edəcək. Qrupun digər oyununda isə Portuqaliya “Benfika”sı səfərdə Hollandiya “Ayaks”ının qonağı olacaq.
İki turdan sonra “E” qrupuna aktivlərində 4 xal olan "Ayaks" və "Bavariya" başçılıq edir. “Benfika” 3 xalla üçüncü, xalı olmayan AEK isə dördüncü yerdədir.
“F” qrupunda yer alan İngiltərə çempionu “Mançester Siti” səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olacaq. Almaniyada isə “Hoffenhaym”la “Lion” (Fransa) qarşılaşacaq.
Bu qrupa 4 xalla “Lion” başçılıq edir, 3 xalla “Mançester Siti” ikinci, “Şaxtyor Donetsk” 2 xalla üçüncü, “Hoffenhaym” isə 1 xalla dördüncü yerdə qərarlaşıb.
İki turdan sonra “G” qrupunun dörd xalla liderlik edən Rusiyanın ÇSKA-sı səfərdə İtaliyanın “Roma” komandasının qonağı olacaq. Digər oyunda isə “Real Madrid” İspaniyada qrupun autsayderi “Viktoriya Plzen”i (Çexiya) sınağa çəkəcək.
Turun maraq doğuran oyunu İngiltərənin "Old Traford" stadionunda keçiriləcək. Burada “Mançester Yunayted” və “Yuventus” (İtaliya) qarşılaşacaq.
Bu komandalar arasında ilk oyun 1972-ci ilə təsadüf edir. Həmin görüş “Qırmızı şeytanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Ümumilikdə isə komandalar 12 dəfə qarşılaşıblar. Hər iki komandanın aktivində 5 qələbə var. İki oyun heç-heçə başa çatıb. Qrupun digər oyununda İspaniya “Valensiya”sı İsveçrənin “Yanq Boyz” kollektivinin qonağı olacaq.
Qeyd edək ki, UEFA-nın yeni reqlamentinə əsasən AEK–“Bavariya” və “Yanq Boyz”-“Valensiya” matçları Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info