Moskvada “Yeddi gözəl” baleti nümayiş olunacaq
Tarix: 23.10.2018 | Saat: 09:58:00 | E-mail | Çapa göndər


“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı”na uyğun olaraq hazırlanmış Tədbirlər planına əsasən fevral ayından başlayaraq bir çox ölkədə dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində Rusiya Federasiyası Mordova Respublikasının Dövlət Musiqili Teatrının təşəbbüsü və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Saransk şəhərində Qara Qarayevin “Yeddi gözəl” baleti səhnələşdirilib. Tamaşanın premyerası 16 sentyabr 2018-ci il tarixində baş tutub. Baletsevərlərin marağına səbəb olan tamaşa gənc və istedadlı azərbaycanlı dirijor Orxan Həşimovun rəhbərliyi ilə Saransk tamaşaçılarına yenidən təqdim olunub.
4 noyabr 2018-ci il tarixində Moskva şəhərində dünya şöhrətli balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Русский балет” Dövlət Teatrının ifasında “Yeddi gözəl” baleti bir daha nümayiş olunacaq. Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Azərbaycanın Əməkdar artisti Vitaliy Axundov hazırlayıb.
Qeyd edək ki, ilin sonunadək Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq bəstəkara həsr olunmuş konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
19.11.2018
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
19.11.2018
Azərbaycanlı gənclər Tbilisidə keçirilən festivalda
18.11.2018
Vaşinqtonda Azərbaycan Mədəniyyət Günü keçirilib
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info