“AzInTelecom” “Hackathon” keçirir
Tarix: 23.10.2018 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hackathon" (müsabiqə) təşkil edəcək. Müsabiqənin "Hackathon-AzIn 2018" adı altında 29-30 oktyabr tarixlərində “AzInTelecom”un təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilməsi nəzərdə tutulur.
Data Mərkəzi nəzdində müştərilərinə İnfrastruktur Tipli Həllər (İAAS) təklif edən “AzInTelecom” 2019-cu il əsas strateji hədəflərindən biri kimi Xidmət Tipli Həllərin (SAAS) şirkətin göstərdiyi xidmətlər siyahısına əlavə olunmasını nəzərdə tutur. Təşkil olunan “Hackathon” məhz bu tipli həllər yarada bilən istedadların axtarışına hədəflənib.
Üç mərhələdən ibarət olacaq yarışın birinci mərhələsi 29 oktyabrda “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.
"Hackathon" ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.
Həmçinin bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır. İştirak etmək istəyənlər “hackathon.azintelecom.az” ünvanında qeydiyyatdan keçərək müsabiqəyə qoşulmaq üçün müraciət edə bilərlər.
Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək.
Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriterilər nəzərə alınacaq.
“AzInTelecom” haqqında
Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:
1. Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
2. Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.
3. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, İP-əsaslı səs kanallarının təşkilini və bütün ölkə-daxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
İnfrastruktur (IaaS) və bulud xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.
Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.
“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.azintelecom.az” və “www.datamerkezi.az” veb-saytlarından istifadə edə bilərsiniz.






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info