VI Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlanıb
Tarix: 23.10.2018 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda ənənəvi hal alan və artıq neçə illərdir keçirilən Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. Bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirilən mətbuat konfransında deyib. V.Eyvazzadə bildirib ki, indiyə qədər ölkəmizdə keçirilən humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. O qeyd edib ki, 25-26 oktyabr tarixlərində paytaxtımızda baş tutacaq VI Bakı Beynəlxalq Humanitar Forumunda da bu ənənə davam etdiriləcək.
Nazirlik rəsmisi vurğulayıb ki, builki forum “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunu əhatə edəcək: "Forum çərçivəsində maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq".
V.Eyvazzadənin sözlərinə görə, forum çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən davamlı inkişafla bağlı beynəlxalq konfrans keçiriləcək: "Bu konfrans forumun əsas platformalarından biri kimi təşkil olunacaq və bu tədbirdə də nüfuzlu şəxslər, dövlət və hökumət rəsmiləri təmsil olunacaq, maraqlı mövzular müzakirə ediləcək".
O bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin Azərbaycan dövlətinin insan kapitalının inkşafına dəstəyi kimi qəbul edilməlidir: "Forumda dünyanı narahat edən məsələlərə toxunulacaq.
Şöbə müdiri əlavə edib ki, bu forum ölkəmizin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 97 ölkədən təqribən 580 nəfər iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info