İtaliyada keçirilən konfransda Azərbaycandakı dövlət-din münasibətlərindən danışılıb
Tarix: 23.10.2018 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Roma şəhərində, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində ATƏT-in İtaliya sədrliyi və təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə təşkilatçılığı ilə “ATƏT regionunda hərtərəfli cavaba doğru: din və etiqad zəminində dözümsüzlük və ayrı-seçkiliklə mübarizəyə dair” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov konfransda iştirak edib.
Yüksək səviyyəli konfransda irqçilik, ksenofobiya, antisemitizm, xristianlara, müsəlmanlara, digər din və etiqad nümayəndələrinə münasibətdə dözümsüzlük barədə danışılıb. Həmçinin dini azadlığın və plüralizmin təmin edilməsində dözümlülük və qeyri ayrı-seçkiliyin təşviqi məsələləri müzakirə olunub.
Tədbirdə ayrı-seçkiliyin və dözümsüzlüyün artan təzahürlərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin roluna, son zamanlar cəmiyyətdə geniş yayılan mənfi stereotiplərin ləğvində, qarşılıqlı hörmət və anlaşmanın təşviqində təhsil proqramlarının əhəmiyyətinə diqqət çəkilib. Bundan başqa, ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğv edilməsində ATƏT-ə üzv ölkələrin müsbət təcrübəsinin geniş müzakirəsinə xüsusi önəm verilib.
Etibar Nəcəfov konfransın “Dözümsüzlük və ayrı-seçkiliyin həllində yaxşı təcrübələr” mövzusuna həsr edilmiş panelində “Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. O, müasir dövrdə qloballaşma şəraitində dünya ölkələrində etnik, dini, mədəni müxtəlifliklərin artdığının müşahidə olunduğunu bildirərək onların tənzimlənməsinin vacibliyini qeyd edib.
Şöbə müdiri multikulturalizm siyasətinin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal siyasət modeli olduğunu söyləyib, Azərbaycanın ölkədəki etnik-mədəni müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə tənzimləyən nadir ölkələrdən olduğunu, bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını diqqətə çatdırıb. O, Qərb ölkələrində multikulturalizmin dərin böhranla üzləşdiyi bir şəraitdə Azərbaycanda onun həm dövlət, həm də xalq tərəfindən hərtərəfli dəstəkləndiyini vurğulayıb.
Multikulturalizmin Azərbaycanın daxili siyasətinin tərkib hissəsi kimi çıxış etdiyini deyən Prezident Administrasiyasının rəsmisi onun mühüm təzahürlərindən biri kimi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Bunun əsas göstəriciləri kimi ölkəmizdə dini azadlıqların təmin edilməsini, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsini, həmçinin dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info