Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilir
Tarix: 23.10.2018 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


Oktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısının açılış mərasimi keçirilir. Respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.
Toplantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Tədbirin rəsmi açılış mərasimindən sonra sessiyalarda müxtəlif yaradıcılıq sahələrində vəziyyətin təhlili, imkanları, inkişaf perspektivləri, yaradıcılıq fəaliyyəti üçün şərait və görülmüş işlərlə bağlı gənclərin və ekspertlərin iştirakı (dövlət rəsmiləri, yaradıcılıq ittifaqlarının nümayəndələri) ilə bölmə iclasları keçiriləcək. Günün ikinci yarısında dörd fərqli istiqamətdə (intellektual inkişaf, elm, təhsil, kino, teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və dekorativ-tətbiqi sənət, foto) paralel görüşlər olacaq. Bu görüşlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçiriləcək.
Tədbirdə ümumilikdə həm paytaxt Bakıdan, həm də respublikanın bütün şəhər və rayonlarından 500-dən artıq istedadlı gənc iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Hacı İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib
21.01.2019
“Vikipediya”da Elza İbrahimova haqqında səkkiz dildə məqalə yaradıldı
21.01.2019
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb
21.01.2019
“Gəl, ey səhər“ Tələbə Mahnı Müsabiqəsi keçirilib
21.01.2019
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info