“Zeytun bağları” ağacəkmə aksiyası keçirdi
Tarix: 23.10.2018 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Xəzər Rayon İcra Hakimiyyəti və Azərsun Holdinqin birgə təşkilatçılığı ilə Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib. “Azərsun Holdinq” şirkəti tərəfindən istehsal olunan “Zeytun bağları” markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 500-dən artıq zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin rəsmiləri, “Azərsun” Holdinqin əməkdaşları və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan iştirak edib. Hər kəs tərəfindən bəyənilən “Zeytun bağları” markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında müstəsna rol oynayır. Bundan əlavə, bu milli markamız yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhfə verir. Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan “Azərsun Holdinq”in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info