Hərracda 19 dövlət əmlakı özəlləşdirilib
Tarix: 23.10.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən verilən məlumata görə, bu dəfə prosesdə ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib. Onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir.
Vətəndaşların marağına səbəb olan kiçik dövlət müəssisə və obyektləri respublikanın rayon və şəhərlərində yerləşir. Oğuz şəhərində geniş torpaq sahəsinə malik tütün anbarının ümumi faydalı sahəsi 1659.2 kv.m-dir. Dövlət əmlakının yenidən qurulması və ya fəaliyyətinin bərpası onu sahibi üçün gəlirli sahəyə çevirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən əmlak kompleksi də qazanclı biznes üçün münasibdir. Ümumi faydalı sahəsi 237,2 kv.m olan bu dövlət obyekti torpaq sahəsi ilə birgə özəlləşdirilib. Cəlilabadda tara müəssisəsi, Mingəçevirdə yardımçı təsərrüfat, Lənkəranda qeyri-yaşayış binası kimi əmlaklar da bu hərracda öz sahibini tapıb.
Xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri bu hərracda da vətəndaşları özünə cəlb edə bilib. Paytaxtdakı qeyri-yaşayış sahələri Nəsimi, Səbail və Binəqədi rayonlarında yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracında rəqabətli mühit müşahidə olunub. İlkin qiymət 5 min manat təyin olunan bu obyektə qalib iştirakçı 5 min 100 manat təklif etdi. Rayonlar üzrə özəlləşən qeyri-yaşayış sahələrindən biri Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12/1 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 89.3 kv.m olan bu obyektə iştirakçi 12 min 500 manat təklif edib.
Özəlləşdirilən Daewoo Nexia və Kia Optima markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-ci ildir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 oktyabr tarixində keçiriləcək. Ayın son hərracına ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info