Ermənistan 7 milyardlıq xarici borcu necə ödəyəcək?
Tarix: 23.10.2018 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Dünən Ermənistanın Mərkəzi Bankı 50 milyon dollar yeni borc almağa məcbur oldu
Bu da ermənilərin «bəh-bəhlə» dünyaya sırımaq istədikləri «erməni demokratiyası». Belə ki, yeni Baş nazirin xalqa verdiyi vədlər, bugünədək atdığı addımlar onun siyasətdən uzaq biri olduğunu bir daha nümayiş etdirməkdədir. Təsadüfi deyil ki, bu gün Ermənistanda artıq Baş nazir Nikol Paşinyanın özünün tərəfdarları arasında ona qarşı çıxanların olduğu barədə məlumatlar dolaşmaqdadır. Bəlkə də elə bunun nəticəsidir ki, son günlər bu ölkədə daxili vəziyyət və iqtisadi durum yenidən mürəkkəbləşməyə doğru getməkdədir. Qeyd edilməlidir ki, rusiyalı siyasətçi Yevgeni Mixaylov bu gün Ermənistanda yaşananları hakimiyyət uğrunda «yırtıcıların savaşı» ilə müqayisə edir. Doğrudan da, sual oluna bilər: Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra erməni xalqı nəyə nail olub? Təbii ki, heç nəyə. Qeyd edilməlidir ki, bunu artıq yeni hakimiyyətə yaxınlığı ilə tanınan erməni mediası dolayı yolla da olsa etiraf etməkdədir. Onlar da digərləri kimi, ölkədəki işsizliyin yerindən tərpənmədiyini, əhalinin ölkədən axınının səngiməydiyini və nəhayət koorupsiyanın yenə də əvvəlki kimi öz axarı ilə davam etdiyini yaxşı görürlər. Erməni xalqı isə hələ də tərəddüdlər məngənəsindədir. Şübhə yoxdur ki, bütün bunlar Paşinyanın gələcək aqibəti üçün qorxulu nəticələr göstərməkdədir. Beləliklə, faktlara müraciət edək.

Erməni sahibkarlar narazıdır
Ötən gün ermənilərin «News.am» saytının yazdığı məlumata görə, Vergi Komitəsində çalışan şöbə müdirinin müavini Samson Arakelyan 1 milyon dram həcmində rüşvət alarkən saxlanılıb. Bu arada eyni şöbənin müdiri Suren Eloyan və müfəttiş Vaqharşal Lalayan da hədə-qorxu gəlmə və rüşvətalma şübhəsiylə saxlanılıblar. Saytın məlumatına görə, saxlanılan məmurlar barədə cinayət işi qaldırılıb.
Belə görünür ki, «demokratik Ermənistan»da bunlar artıq adi hal almaqdadır. Nümunə üçün başqa bir misal: Polis İdarəsinin Razdan şöbəsində genişmiqyaslı oğurluq faktı aşkar edilib. Bunu isə «Sputnik-Ermənistan» saytı yayıb. Saytın yazdığına görə, Razdan polis şöbəsinin sabiq mühasibi özü də daxil olmaqla 7 nəfərə heç bir səbəb olmadan 21,5 milyon dram (44 min dollardan çox) əlavə ödəniş yazaraq mənimsəyib. Yoxlama zamanı vəzifəli şəxslərin hərəkətlərində cinayət əlamətləri olduğu aşkar edilərək, əldə edilən istintaq materialları ölkənin Baş Prokurorluğuna verilib.

Yeganə çıxış yolu yeni borc almaqdan ibarətdir
Yenə də belə bir sual doğur, Paşinyanın hakimiyyətə gəldiyi dövrdə ölkədə nə dəyişib? Axı Paşiynan xalqa başqa şeylər vəd etmişdi. İndi belə görünür ki, o, qısa zaman kəsiyində ölkədə «iqtisadi bum» un start götürəcəyini deməklə, xalqın gözünə kül üfürürmüş. Əgər belə olmasaydı ermənilərin hakimiyyətə yaxın mediaları «Avropa İnvestisiya Bankı ilə Ermənistan Mərkəzi Bankı arasında kiçik və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşdirilməsi üçün 50 milyon avro dəyərində kredit sazişi imzalanmasını» bir növ «sensasiya» kimi təbliğ etməzdilər. «News.am» saytı bu məbləğin ölkədə kiçik və orta müəssisələr üçün kreditlərin mövcudluğunu artırmaq üçün Mərkəzi Banka veriləcəyini bildirir. Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilən kredit proqramlarının Ermənistanda maliyyə resurslarının mövcudluğunun artırılmasında xüsusi rol oynayacağını bəyan edən Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyan, məhz bu kreditlər hesabına, ölkənin davamlı inkişafa nail ola biləcəyinə ümid edir(?).
Maraqlıdır, yeni bir sual doğur: Ermənistanın «məxməri inqilabı» ölkənin iqtisadi həyatında nəyi dəyişib? Axı, bundan əvvəl də ölkə xarici banklardan alınan kredit və fərdi şəxslər tərəfindən ölkəyə göndərilən vəsaitlər hesabına duruş gətirirdi. Təsadüfi deyil ki, erməni iqtisadçılar bu gedişlə 2018-ci ilin sonunda Ermənistanın xarici borcunun 7 milyard dolları keçəcəyini iddia edirlər. Məsələn, Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan bu prosesin Ermənistanın gələcəyi üçün riskli olduğunu və bu borcları heç vaxt bağlaya bilməyəcəklərini bildirib.
Ağasəf Babayev











 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info