ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib
Tarix: 23.10.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim və tələbələri üçün “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli film” layihəsi çərçivəsində hazırlanmış “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu, məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.
Tədbirdə millət vəkilləri Arif Rəhimzadə, Flora Qasımova, Sona Əliyeva, Qarabağ müharibəsi veteranları, hərbçilər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Humanitar və sosial məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamlayıb və bildirib ki, universitetdə “Yüksəlişin sirri” sənədli filminin nümayiş etdirilməsi çox vacib bir hadisədir. 2016-cı ilin Aprel döyüşləri müasir tariximizin parlaq səhifəsidir. Aprel döyüşlərində xalqımızın vətənpərvər və igid oğulları böyük qəhrəmanlıq nümayiş etdiriblər. Gənclər Aprel döyüşlərində qəhrəmanlıq göstərən oğullarımızdan nümunə götürməli, xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməlidirlər.
Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib. Tədbirdə layihə çərçivəsində hazırlanmış "İgidim" marşı da nümayiş olunub. Marşın sözlərinin və musiqisinin müəllifi Gülqədəm Mirzəzadədir.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın həyat yoldaşı Badam İmanova, millət vəkili Sona Əliyeva, professor Paşa Qəlbinur, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, Xalq artisti, Ankara Gazi Universitetinin professoru Əflatun Nemətzadə, AZ tv-nin əməkdaşı Elnar Məmmədli, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu, Filologiya fakültəsinin II tədris ili tələbəsi Aytac Əliyeva və başqaları Azərbaycanın Milli Qəhrəmanı Samid İmanova həsr edilmiş filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər və filmin pedaqoji kadr hazırlığının mərkəzi hesab edilən ADPU-da nümayiş etdirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyi və düşmən üzərində qələbəyə inam xüsusi vurğulanıb.
Sonda layihənin rəhbəri, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Məclis üzvü Akif Kərimov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və belə film təqdimatlarının gənclərin mənəvi tərbiyəsinə ciddi təsir etdiyini bildirib. Qeyd edib ki, “Yüksəlişin sirri” sənədli filmi Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun qəhrəmanlığının gənclər arasında təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək
16.01.2019
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
16.01.2019
AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
16.01.2019
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
16.01.2019
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info