İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 78 nəfərə yardım göstərib
Tarix: 23.10.2018 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


21 nəfər potensial insan alveri qurbanı da müvafiq yardımlarla təmin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 78 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib. Həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 21 nəfər potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) da müvafiq yardımlarla təmin edilib.
Mərkəz tərəfindən ümumilikdə 99 nəfərin yenidən normal həyata qaytarılması, sosial reabilitasiyası istiqamətində işlər aparılmaqla, bir çoxuna ehtiyacları nəzərə alınmaqla, eyni vaxtda bir neçə növdə yardımlar edilib. Onlardan 13 nəfərin nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 19 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmalarına, 14 nəfərin sosial sığınacağa yerləşdirilməsinə köməklik edilib. 43 nəfərə hüquqi, 36 nəfərə tibbi, 49 nəfərə isə psixoloji yardımların göstərilməsi təmin edilib.
İnsan alveri qurbanlarının və potensial insan alveri qurbanlarından artıq bir çoxunun reinteqrasiyası mümkün olub, digərləri ilə işlər davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info