Aİİ-də tələbələrlə görüşü keçirilib
Tarix: 23.10.2018 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tələbələrlə görüşü keçirilib.
Görüşdə Aİİ-nin müəllim və tələbə heyəti, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov, Tələbə Gənclər Təşkilatları ilə (TGT) İş departamentinin direktoru Ləman Cavadova iştirak ediblər.
ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov bildirib ki, İttifaq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
İttifaqın Azərbaycan Respublikasının 96 dövlət və özəl ali məktəbinin tələbə gənclər təşkilatını özündə birləşdirdiyini, bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən universitetlərin daxil olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ATGTİ-nin əsas məqsədi dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını, hüquqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın icraçı direktoru İttifaqın əsas vəzifələrini vurğulayarkən, tələbələrin sosial problemlərinin həlli istiqamətində bir sıra işlərin həyata keçirildiyini deyib. Bu vəzifələrə tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi kimi öhdəliklərin aid olduğu bildirilib.
Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğinə böyük əhəmiyyət verildiyini qeyd edən F.Məmmədov Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin TGT vasitəsilə bu istiqamətə töhfələr verə biləcəklərini vurğulayıb. F.Məmmədov Azərbaycan tələbə kartı barədə geniş məlumat verib, kartın üstünlüklərini diqqətə çatdırıb. Tədbirdə ən yaxın zamanda Aİİ-də Tələbə Gənclər Təşkilatının yaradılması qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Aİİ-də BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib
19.11.2018
Tələbələrimiz beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak ediblər
19.11.2018
Təhsil nazirinin yeni müavini kollektivə təqdim olunub
19.11.2018
Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək
17.11.2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info