Fransada güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalı Ermənistanda narkotik maddələrdən istifadə edənlərin sayının durmadan artdığını açıqlayıb.
Jurnalın yazdığına görə, rəsmi məlumatlara əsasən 2012-ci ildə ölkədə narkotik maddələrdən daimi istifadə edən 4332 nəfər qeydə alınıb ki, onların 54-ü qadındır. Qeyri-rəsmi məlumatlara görə isə narkotik maddə aludəçilərinin sayı 12 min nəfərə çatıb. Buna səbəb kimi ölkədə baş alıb gedən özbaşınalığın, işsizliyin, yaşayış səviyyəsinin həddindən artıq aşağı olmasının insanlarda yaratdığı ruh düşkünlüyü göstərilir. Narkotik maddələrdən istifadə edənlər arasında gənclərə daha çox rast gəlinir. Jurnal xəbərdarlıq edir ki, dövlət rəsmiləri yaxın vaxtlarda bu istiqamətdə ciddi addımlar atmasa, narkotik maddə aludəçilərinin sayı daha da çoxalacaq. Bu isə gələcək nəsil üçün əsil fəlakətdir.
|