Dövlət Gömrük Komitəsinin sədri Meksika səfiri ilə görüşüb
Tarix: 23.10.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


“Gömrük sistemindəki islahatlar gömrük orqanlarının daha çevik və dinamik fəaliyyətinə şərait yaradıb”

Oktyabrın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.
Səfər Mehdiyev Azərbaycanla Meksika arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrdən məmnunluqla bəhs edib. Komitə sədri hər iki ölkənin geniş iqtisadi potensialının bu istiqamətdə münasibətləri daha da inkişaf etdirməyə imkan verdiyini vurğulayıb və daha uğurlu nəticələr əldə olunacağına ümidvar olduğunu bildirib.
O da vurğulanıb ki, müxtəlif beynəlxalq tədbirlər, konfranslar və seminarlar çərçivəsində iki ölkənin gömrük orqanları rəhbərlərinin və əməkdaşlarının vaxtaşırı görüşləri keçirilir və “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş”in imzalanmasından sonra bu əlaqələr daha səmərəli şəkildə inkişaf edəcək.
Səfər Mehdiyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və bu islahatların gömrük orqanlarının daha çevik və dinamik fəaliyyətinə şərait yaratdığını deyib.
Qeyd olunub ki, elektron idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində artıq elektron bəyannamə sistemi 100 faiz tətbiq edilir ki, bu da idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, məmur-vətəndaş təmasının minimuma endirilməsinə şərait yaradıb. Şəffaflığın tam təmin olunması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların da atıldığı və nəticədə büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb. “Yaşıl dəhliz” buraxılış sistemi və digər mütərəqqi layihələrin tətbiqi hesabına idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirildiyi, biznes subyektlərinə münbit şərait yaradıldığı bildirilib.
Daha sonra beynəlxaq təşkilatlar və gömrük qurumları ilə səmərəli işgüzar əlaqələrin qurulmasına toxunan Səfər Mehdiyev, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu ilin iyun ayında Azərbaycanda keçirilməsinin nəzərdə tutulmasını da Azərbaycan Gömrük Xidmətinin dünya gömrük ailəsinə töhfələrinin nəticəsi kimi dəyərləndirib.
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkə arasındakı əlaqələrdən bəhs edərək son dövrlərdə münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, yaxın zamanlarda imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş” iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
“Sondakika.com”: “Star” NEZ “Ən yaxşı maliyyə idarəçiliyi layihəsi” mükafatına layiq görülüb”
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info