SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
Tarix: 23.10.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” ilə birgə karbamidin Türkmənistanın Marı zavodundan Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib. “ADY Konteyner” MMC-dən bildirilib ki, nəql Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyənin üç müxtəlif istiqamətinə göndərilib və müvəffəqiyyətlə alıcıya çatdırılıb. Bu konteyner daşımalarının həyata keçirilməsi layihəyə qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionunun ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu, eləcə də konteyner daşımalarından istifadənin üstünlüyünü bir daha nümayiş etdirib. Gələcəkdə nəqliyyat xərclərinə qənaət edilməsi və Azərbaycan karbamidinin dünyanın hər yerinə “qapıdan qapıya” metodu əsasında çatdırılması məqsədilə “SOCAR Carbamide” şirkətinin istehsal etdiyi karbamidin də nəql olunması planlaşdırılır. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yükdaşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, gələn ildən bu yol ilə sərnişindaşıma da həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
21.08.2019
“Stadler“ yeni vaqonların gətiriləcəyi vaxtı açıqladı
21.08.2019
FED-in faiz endirimi ilə bağlı növbəti kritik açiqlama
21.08.2019
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21.08.2019
“Azeri Light”ın bir barreli 62,62 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info