Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
Tarix: 23.10.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib. Görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qonaqlara Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla, diaspor təşkilatları ilə iş qurumun xüsusi diqqətindədir. Hazırda Rusiyada rəsmi rəqəmlərə görə, 700 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 3 milyonadək azərbaycanlı yaşayır. Onların arasında olan yüzlərlə alim, ziyalı, iş adamı öz fəaliyyəti ilə yaşadıqları ölkənin elminə, iqtisadiyyatına töhfə verməkdədir. Soydaşlarımızın, milli kimliyini qoruyaraq, yerli cəmiyyətə inteqrasiyasının qarşıda duran əsas vəzifələrdən biri olduğu qeyd edilib.
İrek Şaripov isə öz növbəsində Tatarıstanda müxtəlif xalqların diaspor təşkilatları üçün yaradılan imkanlardan bəhs edib. Buradakı Azərbaycan diasporunun uğurlu fəaliyyəti, icma üzvlərinin respublikanın ictimai-siyası, mədəni həyatındakı iştirakı, qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr haqqında danışıb. Qeyd edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərminaovun adı Kazan şəhərinin küçələrindən birinə verilib və büstü qoyulub. Bundan başqa, Kazan Universitetində işləmiş azərbaycanlı tarixçi-alim Mirzə Kazımbəyin xatirəsi əbədiləşdirilib.
Eyni zamanda, türkdilli xalqların diasporlarının əməkdaşlığı çərçivəsində Azərbaycan-Tatarstan əlaqələrinin genişləndirilməsi zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycandakı tatarlar və Tatarıstandakı azərbaycanlılar iki qardaş xalqın dostluğunun möhkəmlənməsi naminə əməkdaşlığı gücləndirməli, birgə mədəni və ictimai tədbirlər təşkil etməlidirlər. Bu məqsədilə müxtəlif səviyyədə qarşılılqlı səfərlərin təşkil edilməsi qərara alınıb. Sonda xatirə hədiyyələri təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info