“Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir”
Tarix: 23.10.2018 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Oktyabrın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Seminar-müşavirəni giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev mənəvi dəyərlərin təbliğ edilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib və seminar-müşavirənin təşkil olunmasına görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirib. Seminar-müşavirədə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru Mehman İsmayılov Fondun yaradılması haqqında məlumat verib. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Fondun mənəvi sahədə geniş fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Azərbaycançılığın xalqımız üçün böyük dəyər olduğunu qeyd edən M.İsmayılov bu ideologiyanın birləşdirici xüsusiyyətə malik olduğunu vurğulayıb.Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycançılıq ideologiyasının tarixi formalaşma yolu və mənəvi dəyərlər sistemindəki yeri haqqında geniş məruzə ilə çıxış edib. A.İsgəndərov hər bir vətəndaşın Azərbaycançılığa bağlı olmasının vacibliyini diqqətə çatdırıb.
Seminar-müşavirədə çıxış edən Qəbələ rayonu Zarağan 2 saylı tam orta
məktəbin müəllimi Gülsəfa Ərzumanova mənəvi dəyərlərin gənclər arasında
təbliğinin vacib olduğunu qeyd edib, maarifləndirmə işinin əhəmiyyətini vurğulayıb.
Seminar-müşavirə müzakirələrlə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info